AZ

Leo Kasldayn “Çelsi”ni tərk etdi - “Haddersfild Taun”a görə

“Çelsi”nin 19 yaşlı ingilis hücumameyilli yarımmüdafiəçisi Leo Kasldayn icarə müqaviləsi əsasında “Haddersfild Taun”a keçib.

Arena.az bu barədə “Çelsi”nin rəsmi saytına istinadən məlumat verir.

İcarə müqaviləsinin müddəti 2026-cı ilin may ayının sonuna qədər qüvvədə olacaq.

Leo Kasldayn “Çelsi”inin məzunudur. Yarımmüdafiəçi həmçinin icarə müqaviləsi əsasında “Şrusberi Taun”da çıxış edib.

Geridə qalmış mövsümdə Kasldayn “Şrusberi Taun” üçün 26 oyun keçirib, 2 qol vurub.

Kasldayn İngiltərənin U-15, U-16, U-17, U-18 və U-19 komandalarına cəlb edilib, əsas yığmaya isə çağırış almayıb.
Gənc futbolçu futbolda hələ heç bir qənimət qazanmayıb.

“Transfermark” internet-portalı 19 yaşlı ingilis yarımmüdafiəçinin transfer dəyərini 1 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
16
arena.az

1Mənbələr