AZ

“Turan Tovuz” Türkiyədə 3-cü oyununa çıxır

Türkiyədə təlim-məşq toplanışında olan “Turan Tovuz” bu gün növbəti yoxlama oyununa çıxacaq. Msport.az xəbər verir ki, Qərb klubu Albaniya təmsilçisi “Flamuntari” ilə üz-üzə gələcək.

Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Xatırladaq ki, Kurban Berdıyevin komandası Türkiyədə 2 yoxlama oyunu keçirib və hər ikisində bərabərə qalıb – “Çorum” (1:1), “Keçiörengücü” (0:0).

Seçilən
10
msport.az

1Mənbələr