AZ

“Üzüklərin Hökmdarı” 3 cü mövsümə hazırlaşır İlk detallar

ain.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

 “Üzüklərin Hökmdarı: Güc Üzükləri” serialının 3-cü mövsüm çəkilişləri başlayır. Serialın fraqmanında Qaranlıq Lordun – Sauronun tacının daşınması əks olunub. Bu isə onun yeni və təhlükəli planlarına işarə edir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, yeni mövsümün premyerası 2026-cı ilə planlaşdırılıb və bu mərhələ serial tarixində ən möhtəşəm mövsümlərdən biri olacağı vəd edilir.

3-cü Mövsümdə nə olacaq?

Rəsmi sinopsisə görə, hadisələr 2-ci mövsümdən bir neçə il sonra – elfərlə Sauron arasında qızğın müharibə dövründə baş verir. Çarli Vikersin canlandırdığı Sauron bu dəfə Orta Dünya üzərində hökmranlıq etmək üçün Tək Üzüyü yaratmağa fokuslanacaq. İkinci mövsümdə Annatar adı ilə manipulyasiyalar və Eregion uğrunda qanlı döyüşdən sonra Sauron daha da təhlükəli obrazda geri dönür.

Gələn mövsümdə Galadriel (Morfydd Clark), Elrond (Robert Aramayo) və Gandalf (Daniel Weyman) yeni qarşıdurmaya hazırlaşır. Hadisələr J.R.R. Tolkien-in mifologiyasına daha dərindən toxunacaq.

Yeni simalar və maraqlı detallar

Seriala Jamie Campbell Bower yeni obraz Arlen adlı cəngavər rolunda qatılır. Onun Galadriellə müttəfiq, hətta bəlkə də sevgili olacağı ehtimal edilir və bu, süjetə əlavə intriqa qatır.

Kasta həmçinin Eddie Marsan da əlavə olunub. Əsas aktyor heyətindən isə Cynthia Addai-Robinson (Míriel) və Owain Arthur (Durin IV) rollarına geri dönür.

Çəkilişlər və texniki komanda

Serialın çəkilişləri Böyük Britaniyada yerləşən Shepperton Studios-da davam edir. Yeni mövsümün rejissorluğunu Charlotte Brändström, Sanaa Hamri və Stefan Schwartz həyata keçirir. Onlar serialın epik vizual üslubunu qoruyub saxlamaq niyyətindədirlər.

Reytinqlər və gözləntilər

Hərçənd ki, 2-ci mövsüm izləmə dəqiqələrinə görə 60% azalma ilə qarşılaşıb, serial hələ də Prime Video platformasının flaqmanı olaraq qalır. Tənqidçilər tərəfindən Rotten Tomatoes-da 84% bəyənmə faizi ilə qiymətləndirilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
lent.az

1Mənbələr