AZ

Bu ərazidə güclü İLAN HÜCUMU başladı - Əhali təşviş içində

İspaniyanın sevilən turizm məkanı olan Mayorka adası ekoloji təhlükə ilə qarşı-qarşıyadır. Adada atnalı ilanlarının sayı kəskin şəkildə artıb və bu vəziyyət təbiət tarazlığını pozur.

Musavat.com xəbər verir ki, Balear Adaları Universitetinin bioloqu Samuel Pinya bildirib ki, sürətlə çoxalan bu növlə mübarizə aparmaq üçün minlərlə, bəlkə də on minlərlə tələyə ehtiyac duyulur.

Təxminən 170 sm uzunluğunda olan və suda rahat hərəkət edən bu ilanlar yerli heyvan növləri üçün ciddi təhlükə yaradır. Xüsusilə “sargantana” adlı yerli kərtənkələ növü bu vəziyyətdən ən çox zərər görənlər sırasındadır. Artıq bəzi bölgələrdə bu canlıların tamamilə yoxa çıxdığı bildirilir.

Alimlər xəbərdarlıq edirlər ki, sargantanaların yox olması adanın ekosisteminə təsirsiz ötüşməyəcək. Çünki bu kərtənkələlər tozcuq yayılmasında mühüm rol oynayır və onların itməsinin zəncirvari ekoloji fəsadlara yol aça biləcəyi qeyd olunur.

Hazırda mütəxəssislər təcili tədbirlərin görülməsini və adada bioloji tarazlığın qorunması üçün genişmiqyaslı planların hazırlanmasını tələb edirlər.

Seçilən
15
8
bakuinfo.net

9Mənbələr