AZ

Səhhətində ciddi problemlər olan sürücülərə çağırış

Bakı.Trend:

Baş Dövlət Yol Polisi İdarəsi son vaxtlar havaların isti keçməsifonunda analoji hadisələrin sayının artmasını nəzərə alaraq, birdaha səhhətində ciddi problemlər olan sürücülərdən sükan arxasınaəyləşməməyi xahiş edib.

Trend xəbərverir ki, müraciətdə vətəndaşlardan səhhətində problem olandoğmalarının sükan arxasına keçməsinin qarşısını almaları xahişolunub.

Məlumatda bildirilib ki, Quba rayon sakini Rövkət Yunusovunidarə etdiyi “QAZ-3302” markalı avomobil Xaçmaz şəhəri ərazisindəhərəkətdə olarkən qəflətən avtomobil yoldan çıxaraq ayırıcı zolağaçırpılıb.

Qeyd edilib ki, sürücü hadisə yerində həyatını itirib. İlkinməlumata əsasən sürücünün qəzadan əvvəl ürək tutmasından dünyasınıdəyişdiyi ehtimal olunur.

Seçilən
9
24
az.trend.az

10Mənbələr