AZ

Səhərlər qan təzyiqini necə azaltmaq olar? 6 sadə vərdiş

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Qan təzyiqinin nəzarətdə saxlanılması infarkt və insult kimi ağır fəsadların qarşısını almaqda mühüm rol oynayır. Mütəxəssislər səhər saatlarında tətbiq edilə biləcək 6 sadə vərdişin təzyiqi təbii yollarla azalda biləcəyini bildirir. 

Qaynarinfo xəbər verir ki, "EatingWell" portalına danışan dietoloq və fitnes mütəxəssislərinin tövsiyələri belədir:

1. Səhərlər ekran qarşısında az vaxt keçirin

Xəbərlərə və sosial şəbəkələrə həddindən artıq baxmaq stress və narahatlıq yaradır. Bu isə qan təzyiqinin yüksəlməsinə səbəb ola bilər. Əvəzində yüngül gəzinti, meditasiyalar, isti vanna və ya rahatladıcı musiqi dinləmək tövsiyə olunur.

2. Səhər yeməyində kalium qəbul edin

Kalium orqanizmdə natriumun səviyyəsini balanslaşdırır və damarların genişlənməsinə kömək edir. Bu da təzyiqin təbii şəkildə azalmasına səbəb olur. Kaliumla zəngin qidalar: kartof, qovun, yunan yoqurtu, ərik, portağal şirəsi və digər meyvə-tərəvəzlər.

3. Açıq havada vaxt keçirin

Təbiətdə olmaq stres səviyyəsini azaldır, hərəkətliliyi artırır və ümumi rifah hissini gücləndirir. Bununla yanaşı, gün işığı bədənin sirkadiyal ritmini tənzimləyərək qan təzyiqinə müsbət təsir göstərir.

4. Qan təzyiqinizi nəzarətdə saxlayın

Səhər eyni vaxtda təzyiqin ölçülməsi sağlamlıq vəziyyətinizlə bağlı faydalı məlumatlar verir. Dr. Ceffri Li bildirir ki, bu vərdiş gələcəkdə ürək-damar xəstəliklərinin riskini azaltmağa kömək edə bilər.

5. Dərin nəfəs alın

Dərin diafraqmatik tənəffüs parasimpatik sinir sistemini aktivləşdirir. Bu isə təzyiqi və stress səviyyəsini azalda bilər. Tənəffüs məşqləri qan təzyiqini və ürək döyüntüsünü aşağı salmaqda təsirli hesab olunur.

6. Kofein qəbulunu məhdudlaşdırın

Artıq kofein simpatik sinir sistemini stimullaşdıraraq damarların daralmasına və təzyiqin qalxmasına səbəb ola bilər. Mütəxəssislər gündə 1-3 fincan qəhvənin əksər insanlar üçün təhlükəsiz olduğunu qeyd edir. Üstəlik, qəhvə tərkibində olan xlorogen turşusu kimi maddələr təzyiqin azalmasına kömək edə bilər.

Günün qalan hissəsi üçün əlavə tövsiyələr

* Yaxşı yuxu – Keyfiyyətli və kifayət qədər gecə yuxusu təzyiqin stabil saxlanmasında əsas amillərdən biridir.

* Stressi nəzarətdə saxlayın – Gün ərzində stressi azaltmaq üçün fasilələrlə nəfəs məşqləri edin, telefonla az zaman keçirin.

* Hərəkətdə olun – Mühüm olan yalnız səhər idmanı deyil. Gün ərzində daim hərəkət etmək təzyiqə müsbət təsir göstərir.

* Alkoqol qəbulunu azaldın – Tədqiqatlara görə, gündə cəmi bir alkoqollu içki belə sistolik təzyiqi artırır.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
qaynarinfo.az

1Mənbələr