Azvision saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
AzVision.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu mexanizm Avropa ölkələrinə Amerika silahlarını daha tez və asanlıqla almağa imkan verir. “PURL (Priority Ukraine Requirements List - Prioritet Ukrayna Tələblər Siyahısı)” adlı yeni mexanizmin şərtlərinə əsasən, Ukrayna tərəfi hər biri təxminən 500 milyon dollar dəyərində olan prioritet silahların siyahılarını formalaşdıracaq. “Əgər Avropa ölkələrindən biri belə siyahıdakı silahların Ukraynaya ötürülməsinə razılıq verərsə, o, alışın haqqını əvvəlcədən ödəməklə, hərbi təchizatın təsdiqlənməsi üçün uzun prosedurlardan yan keçərək, ABŞ-dən oxşar əvəzedicini ala biləcək”, - məlumatda vurğulanır. Bundan əlavə, Avropa ölkələri birbaşa ABŞ-dən və ya NATO vasitəsilə silah sifariş edə biləcək ki, bu da ehtiyatların doldurulması və Ukraynaya silah ötürülməsi prosesini sürətləndirəcək. Bu təşəbbüs çərçivəsində müttəfiqlərin Ukraynanı təxminən 10 milyard dollar dəyərində silahla təmin edə biləcəkləri ehtimal olunur. Bu məqsədə çatmaq üçün konkret müddətlər hələ açıqlanmayıb. Xəbərdə bildirilir ki, yeni sxem ABŞ-nin arsenallarından (Prezident Drowdown Authority) silahların təcili tədarükü proqramı ilə parallel fəaliyyət göstərəcək. Sahil İsgəndərov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.