AZ

Ezgi Molanın keçmiş həyat yoldaşı vuruldu Video

Axsham.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İzmirin Alaçatı bölgəsində yerləşən əyləncə məkanında silahlı hücum baş verib. 

Axşam.az xəbər verir ki, məkanın sahibi və aktrisa Ezgi Molanın keçmiş həyat yoldaşı Mustafa Aksakallı ayağından yaralanıb.

Ətrafda olan bəzi şəxslər isə şüşə qırıntılarının saçılması nəticəsində yüngül xəsarətlər alıb. Hadisə ilə bağlı istintaq başladılıb və hücum anı mobil telefon kamerası ilə qeydə alınıb.

İddialara görə, təşkil olunmuş cinayətkar qruplaşmalardan birinin üzvünün oğlu olan M.E.A. və yanında olan H.K.A. adlı şəxs spirtli içki qəbul etdikdən sonra məkanın daxilinə gələrək səs-küy salıblar.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
1
axsam.az

2Mənbələr