sport24.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
"Mançester Yunayted"in məşhur şotlandiyalı keçmiş baş məşqçisi ser Aleks Ferqyuson Şotlandiya millisində çıxış etməklə məşhurlaşan "Tottenhem"in keçmiş futbolçusu Deyv Makkay haqqında danışıb. Sport24.az xəbər verir ki, o, bu barədə "Give me Sport" nəşrinə açıqlam verib:
"Makay fantastik oyunçu idi. Dave tarixin ən cəsur futbolçusu və bacarıqlı oğlan kimi yaddaşlarda qalıb. O, istənilən mövqedə oynaya bilirrdi".
Deyv Makkay şotlandiyalı futbolçu və məşqçi, Britaniya futbol tarixinin ən böyük oyunçularından biri olub. 1934-cü ildə anadan olub, 2015-ci ildə vəfat edib.O, yarımmüdafiəçi kimi çıxış edib. O, klubun "qızıl dövrü"nün ən vacib oyunçusu hesab olunur. Makkay 1961-ci ildə dubl (liqa + FA Kuboku) qazanıb. Ümumilikdə o, üç İngiltərə Kuboku, həmçinin Kubok Qalibləri Kubokunu başı üzərinə qaldırıb.
Qeyd edək ki, Makkay İngiltərə Futbol Şöhrət Zalına daxil edilməklə yanaşı, Şotlandiyadakı "Tynecastle" stadionunun yaxınlığında heykəli qoyulub.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.