AZ

Kamçatkada təkcə son sutkada 146 yeraltı təkan qeydə alınıb

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İyulun 30-da baş verən 8.7 maqnitudalı zəlzələdən sonra Rusiyanın Kamçatka yarımadasında son 24 saat ərzində 146 afterşok qeydə alınıb.

Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

20-dən çox afterşok əhalinin yaşadığı ərazilərdə 2-5 bal gücündə hiss olunub. Qeyd olunur ki, 160-dan çox insan hələ də müvəqqəti yerləşdirmə mərkəzindədir.

Qeyd olunur ki, iyulun 30-da baş verən 8.7 bal gücündə zəlzələdən sonra afterşokların bir neçə ay davam edəcəyi gözlənilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
43
oxu.az

1Mənbələr