"Abşeron Lions" 2-ci transferini rəsmiləşdirib.
Offsideplus.az xəbər verir ki, bu mövsüm avrokuboklarda mübarizə aparacaq komanda Gediminas Orelikdən sonra Ceyms Freyzeri də heyətinə cəlb edib.
30 yaşlı basketbolçu ölkəmizə qədər İtaliya, Almaniya, Fransa, Çin kimi ölkələrdə çıxış edib. O, eyni zamanda Türkiyədə "Samsunspor" , "Bornova Belediyyespor" və son olaraq "Bandırma Bordo" klublarında forma geyinib.