ain.az, Bizimyol portalına istinadən məlumat verir.
Elon Musk İrlandiya və digər Avropa İttifaqı (Aİ) ölkələrini icmanı tərk etməyə çağırıb.
Bizimyol.info xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkə hesabında yazıb.
"İrlandiya Aİ-ni tərk etməlidir. Məncə, bütün ölkələr kimi. Avropa İttifaqı Avropada demokratiyanı məhv edir", - deyə milyarder qeyd edib.
Bu ifadəni Musk, İrlandiyanın AB-də sığınacaq axtaran qaçqınları qəbul etməyə məcbur edilməsi və İrlandiya tərəfinin bu öhdəliklə bağlı apellyasiya müraciəti ilə əlaqədar olaraq söyləyib.
"X", "Tesla" və "SpaceX" şirkətlərinin rəhbəri daha əvvəl “istənilən ölkəni məhv edə biləcək” kütləvi miqrasiyanın təhlükələri barədə xəbərdarlıq edib.
O, söz azadlığını məhdudlaşdırmağa çalışanları da əsl faşist adlandırıb.
Qadir, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.