İranın Ali Milli Təhlükəsizlik Şurasının strukturunda dəyişikliklər edildikdən sonra İranda Müdafiə Şurası yaradılacaq.
Bu barədə “Fars” agentliyi məlumat yayıb.
Qeyd olunub ki, strukturu yaxın vaxtlarda dəqiqləşdiriləcək Şuranın qarşısında ölkənin müdafiə siyasəti sahəsində strateji vəzifələr duracaq.
Müdafiə Şurasının yaradılması ilə bağlı məlumatlar İsrailin iyunun 13-nə keçən gecə İranı gizli hərbi nüvə proqramını həyata keçirməkdə ittiham edərək ona qarşı əməliyyata başlamasından ay yarım sonra ortaya çıxıb.
İsrail tərəfinin havadan bombardmanlarının və basqınlarının hədəfi nüvə obyektləri, generallar, görkəmli nüvə fizikləri və hava bazaları olub.