AZ

Azərbaycan qazının Suriyaya ixracı ilə bağlı Türkiyədə açılış mərasimi keçirilir (FOTO)

Kilis: Trend:

Türkiyənin Kilis şəhərinin Yavuzlu kəndində Azərbaycan qazınınTürkiyə üzərindən Suriyaya ixracı ilə bağlı Türkiyə-Suriya təbiiqaz boru kəmərinin açılış mərasimi keçirilir.

Trend-in Türkiyəyə ezam olunmuş müxbiri xəbər verirki, açılış mərasimində Azərbaycanın iqtisadiyyat naziri MikayılCabbarov, Türkiyə Respublikasının energetika və təbii sərvətlərnaziri Alparslan Bayraktar, Qətər İnkişaf Fondunun rəhbəri FəhadHəməd Əl-Sulaiti, Suriyanın energetika naziri Məhəmməd Əl Bəşiriştirak edirlər.

Nazirlərin çıxışlarından sonra aparıcı açılış mərasimindəiştirak edən rəsmi şəxsləri səhnəyə dəvət edəcək. Daha sonrasəhnədə yerləşən vana (klapan) simvolik olaraq çevriləcək. Bununlada Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracına startveriləcək.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Suriyaarasında bu yaxınlarda imzalanmış sənəd üzrə təbii qazın nəqli üçünhazırlıqlar tamamlanıb. İlk mərhələdə illik 1,2 milyard kubmetrtəbii qazın Suriyaya ixracı planlaşdırılır. Qaz Türkiyəsərhədindəki Kilis şəhərindən keçərək Hələb və Homsdakı elektrikstansiyalarına çatacaq və elektrik istehsalı üçün istifadəolunacaq. Bunun sayəsində təxminən 1.200–1.300 meqavatlıq istehsalgücü hədəflənir.

Ümumilikdə, yeni enerji xəttinin istifadəyə verilməsi Suriyanınyenidən qurulmasında mühüm addım hesab olunur. Belə ki,Azərbaycandan gələn təbii qazın Türkiyə üzərindən Kilis xətti iləSuriyaya çatdırılması Suriyanın zədələnmiş elektrikinfrastrukturunun bərpasına və Türkiyənin regional enerji mərkəziolma hədəfinin gücləndirilməsinə töhfə verməyi məqsəd qoyur.

Xatırladaq ki, cari ilin iyulun 12-də Suriya ƏrəbRespublikasının keçid dövrü Prezidenti Əhməd Əl ŞaraanınAzərbaycana işgüzar səfəri çərçivəsində Azərbaycan Dövlət NeftŞirkəti (SOCAR) ilə Suriya Ərəb Respublikası Hökuməti arasındaAnlaşma Memorandumu imzalanıb.

Memorandumu Azərbaycanının iqtisadiyyat naziri, SOCAR-ınMüşahidə Şurasının sədri Mikayıl Cabbarov və Suriyanın energetikanaziri Məhəmməd Əl Bəşir imzalayıblar.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Seçilən
38
7
az.trend.az

10Mənbələr