AZ

“Mançester Yunayted”in 4 futbolçusu əsas komandadan uzaqlaşdırlacaq

sport24.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Mançester Yunayted"in futbolçuları Entoni, Alexandro Qarnaço, Ceydon Sanço və Tirell Malasia "mankunianlılar"ın ABŞ turnesi başa çatdıqdan sonra əsas komandanın məşqlərindən kənarlaşdırılacaq. Sport24.az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.

Mənbənin sözlərinə görə, adları çəkilən futbolçular "qırmızı şeytanlar"ın təlim-məşq bazasına daxil ola biləcəklər. Ancaq əsas komandanın hazırlığından fərqli saatlarda məşq edəcəklər.

O da bildirilir ki, rəhbərlik Entoni, Qarnaço, Sanço və Malasianı U-21 komandasına göndərməyi düşünsə də, oyunçuların etiraz edəcəyi səbəbindən bu addımı atmaqdan çəkinib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
sport24.az

1Mənbələr