Amerikalı reper Tyga Rusiyanın Yekaterinburq şəhərinə xəlvət şəkildə gələrək toyda çıxış edib. Reper dəbdəbəli toydakı ifasına görə 800 min dollar (64,3 milyon rubl) qonorar alıb.
News24.az xəbər verir ki, Mash-ın məlumatına görə, Tyga may ayında Moskvada baş tutan konsertində sözügedən məclisə - ilin ən möhtəşəm toylarından birinə dəvət alıb.
Səhnəyə çıxmaq üçün 500 min dollar tələb edən reperə əlavə olaraq 250–300 min dollar səfər, yaşayış və xüsusi tələbləri üçün ödənilib.
Xeyrənsə Piriyeva