Azərbaycanda uzun müddətdir davam edən sənədsiz evlərin leqallaşdırılması prosesi yeni mərhələyə qədəm qoyur. Hazırda ölkədə 500 mindən çox sənədsiz ev mövcuddur. Onlardan 100 mininin çıxarış ala bilməsi nəzərdə tutulur. Bu, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanuna edilən dəyişikliklərdə öz əksini tapıb.
Bəs bu dəyişikliklər kimlərə şamil olunur? Mülkiyyət hüququ kimlərə veriləcək? Fərdi yaşayış evlərinin sahibləri ilə yanaşı, qeyri-yaşayış obyektləri və torpaq sahibləri də bu imkandan yararlana biləcəkmi?
Referans xəbər verir ki,"TV Müsavat"ın qonağı olan hüquqşünas Cavidan Osmanlı bu və digər sualları cavablandırıb.
O, həmçinin son aylarda Rusiyadan gələnlərin artmasının daşınmaz əmlak bazarında süni qiymət artımına səbəb olub-olmayacağı məsələsinə də
toxunub.
Musavat.com həmin videomaterialı təqdim edir: