AZ

Erirazı "Qəbələ" edir, amma ən böyük zərbə "Şamaxı"ya dəyəcək - AFFA-nın qərarı Ayxan Abbasovu çətin vəziyyətə saldı

AFFA mövcud durumu nəzərə alaraq, "Karvan-Yevlax" və "İmişli" klublarına güzəşt edib. Bölgə təmsilçiləri qarşıdakı mövsüm əvəzedici heyət, U-19, U-17, U-16 komandaları saxlamaq məcburiyyətindən azaddılar. 

Təbii ki, bu qərar "Qəbələ"yə xoş getməyib. Çünki onlar da güzəşt gözləyirdilər. Ən azından əvəzedicilər liqasında iştirak etməmək izasəsi alsaydılar, özlərinin dediyinə görə, illik 300-350 min manat xərcdən qurtula biləcəkdilər. 

Nəhayət ki, uzun illərdən sonra 12 komandalı Premyer Liqa izləyəcəyik. Bu məqam sevindiricidir. Xüsusən bölgə klublarının gəlişi futbolumuzun coğrafiyasına müsbət təsir edir, kütləvilik nişanəsidir. O da başadüşüləndi ki, yeni gələn klubların əskiklərinə göz yumulmasaydı, Premyer Liqada say artımı ertələnməliydi. Bura qədər federasiyanın son qərarını anlayışla qarşılayırıq. 

Amma güzəşt məsələsində Premyer Liqada yerini qorumaq istəyən klublar arasında ədalət prinsipləri pozulur. Etirazı "Qəbələ" edir, amma ən böyük zərbə "Şamaxı"ya dəyəcək. 

Niyə "Şamaxı"? Çünki "Qəbələ"nin də, elə "Karvan-Yevlax" və "İmişli"nin də yaxşıdan-pisdən sponsorları var. Premyer Liqanın tək "yetimi" "Şamaxı"dır. İşini yalnız dövlətdən gələn vəsaitlə quran bu klub həmin məbləğin yarım milyon manat azalmasıyla çətin vəziyyətə düşüb. AFFA-nın axırıncı qərarından sonra durumları bir az da mürəkkəbləşib. 

"Karvan-Yevlax" və "İmişli" Premyer Liqada qalmaq uğrunda əsas rəqibi olan "Şamaxı" kimi dövlətin 2,5 milyon manat dəstəyini alacaq. Amma AFFA-nın güzəşti bu iki klubu 500-600 min manat qabaq salacaq. Əvəzedici, U-19, U-17, U-16 komandalarının saxlanması, maaş və səfər xərcləri ilboyu təxminən bu məbləğə başa gəlir. "Karvan-Yevlax" və "İmişli" həm də sponsor dəstəyi alaraq, "Şamaxı" ilə müqayisədə qat-qat üstün imkanlara malik olacaqlar. 

Bir anlıq özünüzü Ayxan Abbasovun yerinə qoyun. Bir tərəfdən istəyir ki, yerli gəncləri oynatsın, onları U-21 millisi üçün hazırlasın. O biri tərəfdən başa düşür ki, "Şamaxı" rəhbərliyi qarşısına Premyer Liqada yerini qorumaq tələbi qoyub. Hətta legionerlərlə oynasa belə, bu büdcə ilə tapşırığın öhdəsindən gəlmək çətin məsələyə oxşayır. AFFA güzəşt qərarı verərkən, "Qəbələ"nin etirazını gözə almışdı, amma "Şamaxı"nın düşəcəyi durumu nə gözə alan oldu, nə də bu barədə düşünən... 

Emin Abbasov

saytlarin hazirlanmasi

Seçilən
10
2
sportal.az

3Mənbələr