Rusiyanın Silahlı Qüvvələri ilk kütləvi istehsal olunan ortamənzilli “Oreşnik” raket kompleksini alıb.
Ölkə.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Kareliyada Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşündə bildirib. Onun sözlərinə görə, raket kompleksinin kütləvi istehsalına artıq başlanılıb.
Putin əlavə edib ki, belaruslu mütəxəssislərlə birlikdə kompleksin Belarusda yerləşdirilməsi üçün yer artıq müəyyən edilib və hazırda bu mövqelər hazırlanır. "Biz çox güman ki, ilin sonuna qədər bu məsələni bağlayacağıq", - Putin qeyd edib.
"Biz tələsmirik. Biz bunu sakit şəkildə edirik, qabağa qaçmağa ehtiyac yoxdur", - Aleksandr Lukaşenko əlavə edib.
Putin qeyd edib ki, hər şey plan üzrə gedir.
Raketin mövcudluğu ötən ilin payızında, Putin onun Ukrayna ərazisində döyüş şəraitində istifadəsini elan edəndə məlum olub. O iddia edib ki, Qərb ölkələrinin Oreşniki effektiv şəkildə ələ keçirmək üçün vasitələri yoxdur.
Mürtəza