AZ

Şəkidə şəhid atası vəfat etdi FOTO

Unikal.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Aprel döyüşlərinin şəhidi Orxan Hümbətovun atası dünyasını dəyişib.

"Unikal"ın məlumatına görə, şəhid atası 63 yaşlı Kazım Hümbətov ötən gün xəstəlikdən vəfat edib.

Mərhum Şəkinin Kiş kəndində dəfn olunacaq.

Qeyd edək ki, Xüsusi Təyinatlı Qüvvələri giziri Orxan Hümbətov 2016-cı ilin Aprel döyüşlərində Talış kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Prezident İlham Əliyevin Sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Seymur Əli

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
50
7
unikal.az

8Mənbələr