AZ

Layihənin məqsədi Suriyada elektrik böhranını azaltmaqdır - Qətər İnkişaf Fondunun rəhbəri

Kilis. Trend:

Layihənin məqsədi Suriyada elektrik böhranını azaltmaqdır.

Trend-inTürkiyəyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Qətər İnkişafFondunun rəhbəri Fəhad Həməd Əl-Sulaiti Türkiyə-Suriya təbii qazboru kəmərinin açılış mərasimində deyib.

"Bu layihənin məqsədi Suriya Ərəb Respublikasında elektrikböhranını azaltmaqdır. Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, bugündən etibarən tamamilə Türkiyə Respublikasındakı texniki qruplartərəfindən bərpa edilən bu boru kəməri vasitəsilə qazın ötürülməsibaşlayır. Layihənin gündəlik ötürmə gücü 3,4 milyon kubmetr təbiiqaz təşkil edir ki, bu da illik olaraq 1.2 milyard kubmetrəbərabərdir.

Bu qaz Türkiyə-Suriya sərhədindəki təhvil nöqtəsi vasitəsiləSuriya Ərəb Respublikasında elektrik istehsalında istifadəolunacaq. Bu isə elektrik verilişi saatlarının gündəlik təxminənbeş saata qədər artmasına, yəni cari səviyyədən 40% çoxalmasınaimkan verəcək və bu, beş milyondan çox abunəçini əhatəedəcəkdir.

Qətər Dövləti Qətər İnkişaf Fondu vasitəsilə xalqların həyatındamüsbət dəyişiklik yaradan həyati əhəmiyyətli layihələrinmaliyyələşdirilməsində önəmli rol oynadığını təsdiqləyir. BizSuriyanın elektrik sektorunu dəstəkləyirik və bu dəstək bizimSuriya xalqına olan humanitar və qardaşlıq məsuliyyətimizdən irəligəlir. Bu, həmçinin davamlı inkişaf, sülh və sabitliyə töhfə verməköhdəliyimizin təzahürüdür.

Biz bu təşəbbüsün sadəcə müvəqqəti bir reaksiya deyil, əksinə,Suriyada davamlı inkişaf və tərəqqi yolunda ciddi bir addımolmasını təmin etməyə çalışdıq. Bu, Türkiyə və Azərbaycan kimitərəfdaşlarımız vasitəsilə həyata keçirilmişdir. Müntəzəm vədavamlı elektrik enerjisi təminatı, cəmiyyətlərin yenidən qurulmasıvə rifahı üçün əsas təməl sütunlardan biridir. Əminik ki, bu günatılan bu addımlar, gələcəkdə daha çox təhlükəsizlik, sabitlik vəinkişafın əsasını qoyacaq və layihənin hədəflədiyi insanlarınhəyatına birbaşa müsbət təsir göstərəcəkdir.

Bu kontekstdə biz beynəlxalq ictimaiyyət və tərəfdaşlarımızlabirgə əməkdaşlıqla bu yanaşmanı davam etdirmək və xalqınəziyyətlərini azaltmaq və onların çətinliklər qarşısındadavamlılığını gücləndirmək üçün davamlı təşəbbüslərin həyatakeçirilməsinə sadiq olduğumuzu bir daha bəyan edirik.

Sonda bu layihənin gerçəkləşməsində əməyi olan hər kəsətəşəkkürümü bildirirəm", - o qeyd edib.

Seçilən
20
2
az.trend.az

3Mənbələr