Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Elchi.az-ın suallarını cavablandırıb.
Həmin müsahibəni təqdim edirik:
-Qüdrət bəy, bəzi xarici nəşrlərin son zamanlar Əli Kərimlinin ölkəmizin daxili və xarci siyasəti ilə bağlı fikirlərinə yer ayırması nə ilə əlaqədar ola bilər?
-Böyük ehtimalla bu müsahibələrin təşkilində iqtidarın da hansısa formada rolu var. O, beynəlxalq birliyə, bölgədə marağı olan yaxın və uzaq güclərə əsas müxalif qüvvə kimi təqdim olunur, bununla həmin dairələrə fərqli mesajlar göndərilir.
-Əli Kərimli iqtidara bu qədər faydalı və sadiqdirsə, niyə onun xaricə çıxışına imkan verilmir?
-O heç kimə və heç bir ali dəyərə sadiq deyil. İqtidar zaman-zaman ehtiyac hiss edəndə ondan məharətlə istifadə edir. Belə "dəyərli kadr"ı kim əlindən buraxar? Xasiyyətini, xarakterini bildiklərindən bəlkə də fikirləşirlər ki, gedər xaricə, nəzarətlərindən çıxar.
-Hazırda ən çox müzakirə olunan məsələlərdən biri ölkənin xarici siyasəti ilə əlaqədardır.Sizin fikrinizi bilmək maraqlı olardı...