Cebheinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.
Bu gün - 2 avqust Azərbaycan Kinosu Günüdür.
Bu münasibətlə milli kino sənətimizin yaranmasının 127-ci ildönümü qeyd olunur.
1898-ci ilin məhz bu günündə Bakıda ilk dəfə kinematoqraf nümayiş etdirilib. Bu hadisə ilə Azərbaycanda kino tarixinin əsası qoyulub.
O vaxtdan bəri milli kinomuz zəngin ənənələrə, yaddaqalan filmlərə və tanınmış sənətkarlar nəslinə sahib olub.
Azərbaycan kinosunun hazırkı vəziyyəti ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında kinorejissor, kinoşünas və ssenarist, “Azərbaycanfilm” kinostudiyasının baş redaktoru Ayaz Salayev Azərbaycan kinosunu hazırkı vəziyyəti dəyərləndirmək istəmədiyini bildirib:
“Mən daha çox gələcək haqqında düşünürəm. Kinomuzun bugünkü vəziyyətini şərh etmək istəmirəm, çünki diqqətimi gələcəyə yönəltmişəm. Yalnız o haqda düşünürəm.
Amma gələcək barədə də hələ heç nə deyə bilmərəm. Düşünürəm ki, necə olmalıdır, kino hansı istiqamətdə inkişaf etməlidir, hansı yolu tutmalıdır. Bu haqda danışmaq üçün isə hələ tezdir”.
Əfsanə Rəcəb
"Cebheinfo.az"
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.