AZ

İstanbul sammiti Yunanıstanı silkələdi: Türkiyə regionda...

Yunanıstanın müxalifət partiyası Radikal Sol Alyans (SYRIZA) İstanbulda keçirilən Türkiyə-İtaliya-Liviya Əməkdaşlıq Sammitini Yunanıstan hökuməti üçün diplomatik uğursuzluq kimi qiymətləndirib.

Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, partiya bu barədə yazılı açıqlama verib.

Açıqlamada qeyd olunub ki, bu sammit Baş nazir Kiriakos Mitsotakis hökumətinin xarici siyasətdə ardıcıl uğursuzluqlarının davamıdır. Bildirilib ki, Yunanıstan hökuməti bölgədə baş verən proseslərdən təcrid olunub, Türkiyə isə regionda həlledici roldadır.

SYRIZA Mitsotakis və İtaliya Baş naziri Corciya Meloni arasında keçirilmiş əvvəlki görüşlərə toxunaraq, İtaliyanın Türkiyə və Liviya ilə birbaşa məsləhətləşmələr aparmasının Yunanıstanın arxa planda qaldığını göstərdiyini vurğulayıb.

Partiya həmçinin hökuməti Şərqi Aralıq dənizi ilə bağlı milli strategiya hazırlamağa və Avropa İttifaqının Liviya məsələsində fəallaşması üçün addımlar atmağa çağırıb.

Seçilən
5
publika.az

1Mənbələr