AZ

"Prezidentlər səviyyəsində dialoq..." Zelenskidən Putinə CAVAB

ain.az, Bakupost portalına istinadən məlumat verir.

Ukrayna Rusiya ilə liderlər səviyyəsində görüşə hazırdır.

Bakupost.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski özünün Teleqram kanalında bildirib.

Zelenski qeyd edib ki, Kiyev ABŞ Prezidenti Donald Trampın münaqişənin dayandırılması ilə bağlı səylərini görür və dəstəkləyir.

“Biz Rusiyanın bəyanatlarını eşidirik. Əgər bu, onların müharibəni ləyaqətli şəkildə başa vurmaq və həqiqətən də davamlı sülhün bərqərar olmasına ciddi niyyətlərinin siqnalıdırsa, sadəcə müharibə üçün əlavə vaxt qazanmaq və sanksiyaları təxirə salmaq cəhdi deyilsə, o zaman Ukrayna istənilən vaxt liderlər səviyyəsində görüşə hazır olduğunu təsdiqləyir”, - deyə Zelenski yazıb.

O əlavə edib ki, Ukrayna bəyanat mübadiləsindən və texniki səviyyədə keçirilən görüşlərdən prezidentlər səviyyəsində dialoqa keçməyi təklif edir. Bunun üçün isə Rusiya tərəfinin hazır olması vacibdir.

Xatırladaq ki, bir gün əvvəl Rusiya Prezidenti Vladimir Putin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Valaamda keçirilən görüşdən sonra bildirib ki, əgər Kiyev üçün danışıqların vaxtı hələ yetişməyibsə, Moskva gözləməyə hazırdır.

Lalə,

BakuPost

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
www.bakupost.az

1Mənbələr