AZ

Mikayıl Cabbarov: Azərbaycan qazına olan ehtiyac bu layihə ilə təsdiq olundu

BAKI, 2 avqust. TELEQRAF

Azərbaycan qaz təchizatının həyata keçirilməsi yalnız Qərb istiqamətində deyil, Cənub və Şərq istiqamətində də həyata keçirir.

Teleqraf-ın Türkiyənin Kilis şəhərinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu sözləri Azərbaycan qazının Suriyaya nəqli ilə bağlı keçirilən mərasimindən sonra jurnalistlərlə söhbətində iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Nazirin sözlərinə görə, bu qaz SOCAR tərəfindən təchiz edilən və satılan qazdır: "Yaxın Şərq bazarında Azərbaycan qazına olan tələbat və onun rəqabətli şərtlərlə çatdıra bilmə imkanı bu layihə ilə təsdiq olunub. Gələcək dövrdə SOCAR-ın fəaliyyətinin genişləndirilməsi planlaşdırılır.", - nazir əlavə edib.

Seçilən
2
teleqraf.com

1Mənbələr