AZ

Avropa ölkələrinin Serbiyada çevriliş cəhdi ifşa edildi – prezident Vuçiç hərəkətə keçdi...


Serbiya mətbuatı ölkədə genişmiqyaslı dövlət çevrilişinə cəhd edildiyi barədə xəbərlər yayıb.

Qeyd olunur ki, Serbiyanın keçmiş ticarət naziri Tomislav Momiroviç və keçmiş infrastruktur və energetika naziri Qoran Vesiçin həbs olunması barədə qərar verilib.

O da iddia edilir ki, Respublika Prokurorluğunun Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusi prokuroru Mladen Nenadiçin, prokuror Jasmina Qaniçin, habelə Serbiya Baş Təhlükəsizlik İdarəsi və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bölməsində polis əməkdaşlarının da iştirak etdiyi iddia edilən çevriliş cəhdi birbaşa Avropa ölkələrinin təlimatı ilə həyata keçirilib.

Hadisə ilə bağlı Serbiya prezidenti Aleksandar Vuçiçin Milli Təhlükəsizlik Şurasının iclasını çağırdığı bildirilir.

TAHİR

Seçilən
4
baki-xeber.com

1Mənbələr