AZ

Alparslan Bayraktardan Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA

Kilis. Trend:

Yaxın zamanda Zəngəzur dəhlizi üzərindən bütün enerjiqaynaqlarının və digər logistik həllərin Türkiyəyə çatdırılacağınaümid edirik.

Trend-inTürkiyəyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu TürkiyəRespublikasının energetika və təbii sərvətlər naziri AlparslanBayraktar Türkiyə-Suriya təbii qaz boru kəmərinin açılış mərasimiçərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycandakı təbii sərvətlərin - neft, qaz,bununla yanaşı, elektrik enerjisinin Türkiyəyə ixracı ilə bağlıbütün layihələr birlikdə aparılır:

"Bu istiqamətdə mühüm irəliləyişlər var. Bugünədək həyatakeçirilən layihələrə misal olaraq Bakı-Tibilisi-Ceyhan,Bakı-Tibilisi-Ərzurum kəmərləri, eləcə də, Naxçıvan-Türkiyəelektrik interkonnektorunu qeyd edə bilərəm".

"Hazırda Azərbaycandan Türkiyəyə elektrik enerjisi Gürcüstanüzərindən ixrac edilir. Amma yaxın zamanda Zəngəzur dəhliziüzərindən bütün bu enerji qaynaqları və digər logistik həllərTürkiyəyə çatdırılar. Eyni zamanda, Orta Asiyadakı digər enerjimənbələri və digər logistik məsələlər Azərbaycan üzərindənTürkiyəyə, Türkiyə üzərindən isə Avropaya çatdırılacaq", - deyənazir vurğulayıb.

Seçilən
17
14
az.trend.az

10Mənbələr