Ötən gecə İranın cənub-şərqində yerləşən Kirman vilayətində əyləncə attraksionunda qəza baş verib.
Bunu İranın Kirman vilayəti təcili yardım idarəsinin müdiri Qulamrza Xademipur yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, attraksionda qatarın qəzaya uğraması nəticəsində 10-u uşaq olmaqla, 12 nəfər xəsarət alıb. Xəsarət alanlar dərhal xəstəxanaya aparılıblar.
İranlı rəsmi yaralıların vəziyyətinin qənaətbəxş olduğunu deyib.