AZ

Naxçıvanda heyvandarlıq istehsalı 99 milyona çatdı

Muxtar respublikada 62 152 baş iribuynuzlu, 415 581 baş xırdabuynuzlu heyvan, 566 460 baş quş və 57 608 arı ailəsi mövcuddur. 2025-ci ilin ilk altı ayında Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının ümumi dəyəri 144 969,6 manat təşkil edib ki, bunun da 98 962,3 manatı heyvandarlıq məhsullarının payına düşüb. Diri çəkidə 15 332,5 ton ət, 53 753,1 ton süd, 61 milyon 949 ədəd yumurta istehsal olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 1,6 faiz, süd istehsalı 1,2 faiz, yumurta istehsalı isə 0,5 faiz artıb.



Manset.az xəbər verir ki, heyvandarlıqda məhsuldarlığın artırılması və genetik potensialın gücləndirilməsi məqsədilə süni mayalanma tədbirləri də davam etdirilib. Cari ilin birinci yarısında 5677 baş iribuynuzlu heyvanda süni mayalanma aparılıb, nəticədə 4782 baş buzov əldə olunub.

Bu göstəricilər Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində keçirilən iclasda açıqlanıb. Nazir Rafail Quliyevin sədrliyi ilə keçirilən iclasda heyvandarlıq sahəsinin mövcud vəziyyəti və Süni Mayalanma Mərkəzinin fəaliyyəti geniş müzakirə olunub.

Nazirliyin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Hüseyn Məmmədov bildirib ki, Naxçıvanda süni mayalanma işlərinə 2002-ci ildən başlanılıb. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə yaradılmış Süni Mayalanma Mərkəzi 2021-ci ildən fəaliyyət göstərir və hazırda bölgədə 15 süni mayalanma texniki bu sahədə çalışır. Ən intensiv fəaliyyət Şərur rayonundadır.

İclasda həmçinin damazlıq təsərrüfatlarının yaradılması, heyvanların lizinqə verilməsi məsələləri müzakirə edilib, epizootik tədbirlərin təşkili, baytar xidmətlərinin gücləndirilməsibuzovların qeydiyyatı zamanı rast gəlinən nöqsanlar diqqətə çatdırılıb. Süni Mayalanma Mərkəzinin fəaliyyəti təhlil olunaraq təkmilləşmə istiqamətləri müəyyənləşdirilib.

Kənd təsərrüfatı naziri Rafail Quliyev bildirib ki, fərdi baytar həkimlərinin işə yanaşması daha məsuliyyətli olmalı, Aqrar Xidmətlər Mərkəziregional dövlət aqrar inkişaf mərkəzləri ilə fərdi baytarlar arasında əməkdaşlıq əlaqələri gücləndirilməlidir. Nazir maarifləndirmə işlərinin genişləndirilməsi, fermer və baytarlar üçün təlim proqramlarının keçirilməsi, habelə Süni Mayalanma Mərkəzinin fəaliyyətinin genişləndirilməsi üçün fəaliyyət planının hazırlanması barədə tapşırıq verib.

İclas qərar layihəsinin təsdiqi ilə yekunlaşıb.

 

 

Seçilən
10
manset.az

1Mənbələr