Roma, 2 avqust, AZƏRTAC
İtaliya avqustun 9-da Qəzza bölgəsinə hava yolu ilə humanitar yardımın çatdırılmasına başlayacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə İtaliyanın müdafiə naziri Quido Krosetto deyib.
Nazir Qəzza xalqına zəruri ləvazimatların hava yolu ilə çatdırılması üçün hərbi missiyanı təsdiqləyib. Bölgəyə ixtisaslaşmış hərbi bölmə göndəriləcək. Bu bölmə hazırlıq işlərinə və yerli hakimiyyət orqanları ilə əlaqəyə cavabdeh olacaq. Humanitar yardımın İordaniyaya çatdırılması başa çatdıqdan sonra avqustun 9-da Qəzzaya hava yolu ilə ilk yardım buraxılacaq.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma