AZ

Almaniyada məişət zorakılığı artmaqdadır

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Almaniyada son illərdə sistematik şəkildə artan məişət zorakılığı ötən il rekord həddə çatıb.

Bizimyol.info xəbər verir ki, həftəlik "Bild am Sonntag" qəzetinin Federal Kriminal Polis İdarəsinin məlumatlarına əsaslanaraq dərc etdiyi hesabata görə, keçən il Almaniyada həyat yoldaşları, şəriklər, keçmiş həyat yoldaşları, keçmiş dostları və yaxın qohumlar tərəfindən ailə daxilində 256 942 zorakılıq hadisəsi baş verib.

Bu rəqəmin əvvəlki illə müqayisədə 3,7 faiz artdığını, son 5 ildə məişət zorakılığının hər il 14 faiz artdığı diqqətə çatdırılıb. Həmçinin müəyyən edilib ki, bu məişət zorakılıqlarından 171 069-u ər-arvad və ya şəriklər tərəfindən törədilib.

Almaniyadan verilən statistik rəqəmlər Azərbaycanda bununla bağlı vəziyyətin necə olması barədə maraqlı etdi. Qeyd edək ki, Azərbaycanda da məişət zorakılığı bir çox hallarda qarşılaşılan və gizli qalan bir məsələdir. Hökumət müəyyən qanunlar qəbul etmiş olsa da, xüsusən mədəniyyət və ənənələr baxımından bu cür zorakılığın cəmiyyətdə kifayət qədər açıqlanmadığı və bəzi hallarda yüngülləşdirildiyi bir gerçəklik mövcuddur. Lakin son illərdə Azərbaycanda da məişət zorakılığına qarşı mübarizənin artması üçün müxtəlif sosial layihələr həyata keçirilməkdədir. Qadınlar üçün sığınacaqlar açılması, hüquq-mühafizə orqanlarının bu məsələlərə daha ciddi yanaşması və təlimatlar verilməsi bu sahədə müsbət dəyişikliklərə səbəb ola bilər.

Bununla belə, Azərbaycanda da bu sahədə çox böyük irəliləyişlər əldə olunmadığı üçün, yerli ictimaiyyətdə daha çox maarifləndirmə və qanunvericiliyin daha sərt tətbiqi tələb olunur.

Azərbaycanda məişət zorakılığının yayılmasına dair dəqiq statistik məlumatlar yoxdur - məruz qalma, rəsmi qeydiyyat və hüquqi tətbiq zəif aparılır. Rəsmi rəqəmlər isə real vəziyyəti əks etdirmir; qadınların müraciət etməyə cəsarət etməməsi və bu sahədə hüquqi sistemin yetərsizliyi buna əsas səbəb olur.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
bizimyol.info

1Mənbələr