AZ

Şəmkirdə kartof sahələrində məhsuldarlıq yüksəkdir

ain.az bildirir, Azertag portalına istinadən.

Şəmkir, 2 avqust, Vüsalə Cənnətova, AZƏRTAC

Şəmkir rayonunda kartof yığımı aparılır.

Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, cari ilin məhsulu üçün rayonda 6615,2 hektar sahədə kartof əkilib. Artıq əkilmiş sahələrin 4802 hektarında məhsul yığımı başa çatıb. Fermerlər tərəfindən bu il ümumilikdə 133 min 975 ton məhsul yığılıb, orta məhsuldarlıq hər hektara görə 278 sentner təşkil edib. Məhsulun planlaşdırıldığından artıq olmasını nəzərə alan yerli fermerlər növbəti ilə əkin sahələrini daha da genişləndirməyi qarşılarına məqsəd qoyublar.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
azertag.az

1Mənbələr