AZ

Malayziya kralı Rusiyaya səfər edəcək

Rusiya Prezidenti Vladimir Putin avqustun 6-da Moskvada Malayziya Kralı Sultan İbrahim ilə görüşəcək.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti bildirib.

Qeyd olunub ki, Rusiya Prezidenti Vladimir Putin və Sultan İbrahim arasında görüşlərin 6 avqust tarixində Moskvada keçirilməsi planlaşdırılır.

Liderlər Rusiya–Malayziya münasibətlərini, eləcə dəbeynəlxalq və regional məsələləri müzakirə edəcəklər.

Malayziya Kralı 5–10 avqust tarixlərində Rusiyada səfərdə olacaq. 14 may tarixində Kreml sarayında Malayziya Baş naziri Anvar İbrahimlə görüşən Prezident Putin, kralın Rusiyaya səfər etməsi üçün dəvət göndərilməsini istəmişdi.

Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Kremlin Malayziya ilə münasibətlərə böyük önəm verdiyini və Putinlə Malayziya dövlət başçısı arasında keçiriləcək görüşlər üçün geniş hazırlıqların görüldüyünü bildirib.

Qeyd edək ki, Malayziya federal seçkili monarxiyadır. Ən ali vəzifə olan kral titulu, federasiyanı təşkil edən doqquz ştatın hökumətləri tərəfindən 5 illik müddətə seçilir. Johor Sultanı İbrahim ibn İskandar 2024-cü ildən bu vəzifəni icra edir.

Seçilən
38
cebheinfo.az

1Mənbələr