AZ

Ermənistanda “Qartal Tərəfdaş 2025” adlı birgə hərbi təlimlər keçiriləcək

Xalq qazeti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ermənistan müdafiə nazirliyinin məlumatına əsasən, 12–20 avqust tarixlərində bu ölkənin ərazisində Ermənistan–ABŞ hərbi qüvvələrinin iştirakı ilə “Qartal Tərəfdaş–2025” adlı birgə təlimlər keçiriləcək.

Ermənistan KİV məlumat verir ki, təlimlər beynəlxalq sülhməramlı missiyalara hazırlıq çərçivəsində təşkil olunur və sülhməramlı əməliyyatlarda iştirak edən bölmələrin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsini, eyni zamanda, taktiki səviyyədə qərar qəbuletmə və operativ əlaqələndirmə bacarıqlarının artırılmasını hədəfləyir.

Təlimlərdə Ermənistan silahlı qüvvələrinin sülhməramlı briqadası, ABŞ-ın Avropa və Afrika üzrə quru qoşunları komandanlığının, eləcə də Kanzas ştatının milli qvardiyasının hərbçiləri iştirak edəcək.

Proqram çərçivəsində sülhməramlı fəaliyyət üzrə müxtəlif tapşırıqların icrası, o cümlədən tibbi təxliyə prosedurlarının yerinə yetirilməsi üzrə praktiki məşğələlər və qarşılıqlı təcrübə mübadiləsi nəzərdə tutulur.

S.ELAY

XQ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
24
xalqqazeti.az

10Mənbələr