Azərbaycanın ən böyük könüllü sığorta növü olan tibbi sığorta üzrə yığımlar artsa da, ödənişlərdə azalma müşahidə olunub.
FED.az Mərkəzi Bankın məlumatlarına görə, 2025-ci ilin ilk altı ayında tibbi sığorta yığımları 7 milyon 314 min manat (9.0%) artaraq 81 milyon 45 min manatdan 88 milyon 359 min manata yüksəlib.
Buna baxmayaraq, sığorta ödənişləri 2 milyon 550 min manat (5.7%) azalaraq 45 milyon 60 min manatdan 42 milyon 510 min manata enib.
Nəticədə tibbi sığorta üzrə zərərlilik göstəricisi də kəskin aşağı düşüb. Əgər 2024-cü ilin ilk yarısında 55.6% olan zərərlilik, bu il 7.5 faiz bəndi azalaraq 48.1%-ə enib.