AZ

“Rusiya işi” qalmaqalı - Tramp tələb etdi: Klinton və Obama cavab verməlidirlər

ABŞ prezidenti Donald Tramp sələfi Barak Obamanı və ABŞ Dövlət Departamentinin keçmiş rəhbəri Hillari Klintonu “Rusiya hakerləri”ni işə qarışdırmaqla, onun 2016-cı il seçkilərindəki qələbəsini qəsdən nüfuzdan salmaqda ittiham edib.

Publika.az xəbər verir ki, Tramp bu barədə “Newsmax”a verdiyi müsahibədə bildirib.

"Onlar bunun saxta olduğunu bilirdilər. “Rusiya işi”nin saxta olduğunu bilirdilər... Məncə, bunun əvəzini ödəməlidirlər", - Tramp deyib.

Prezident əlavə edib ki, ölkənin baş prokuroru Pam Bondi tərəfindən əvvəllər açıqlanan məxfi sənədlər qondarma “Rusiya izi”nin heç vaxt mövcud olmadığını sübut edir.

Seçilən
39
publika.az

1Mənbələr