Bir neçə gündür sosial şəbəkələrin Ermənistan seqmentində Azərbaycan təyyarələrin Sünik vilayəti (Zəngəzur-red.) uçduğuna dair məlumatlar ciddi müzakirələrə səbəb olub.
Referans xəbər verir ki, parlamentin hakim “Mülkü müqavilə” fraksiyasından olan deputat Arsen Torosyan məsələyə münasibət bildirərək bunun çox normal hal olduğunu söyləyib.
Torosyan hətta Ermənistan təyyarələrinin də Azərbaycan üzərindən uçduğunu iddia edib:
“Niyə uçmasınlar ki? Bizim təyyarələr də o ölkənin üzərindən uçur. Belə mənasız şeylərə enerji sərf etməyə dəyməz”.
Ermənistanın Mülki Aviasiya Komitəsi “Sputnik Ermənistan”ın sorğusuna cavabında Azərbaycan təyyarələrinin Zəngəzur üzərindən Naxçıvana
uçuşlar həyata keçirildiyini təsdiqləyib:
“2022-ci ildən Bakı-Naxçıvan marşrutu üzrə Azərbaycan mülki aviasiyasının Ermənistan səması üzərində uçuşlarına başlanılıb. Ümumiyyətlə, iki
ölkənin hava məkanı mülki aviasiya vasitələrinin istifadəsi üçün açıq olub. Çikaqo Konvensiyasına uyğun olaraq uçuşların təhlükəsizliyinin təmin
edilməsi məqsədilə məkanın bağlanması halları yalnız müharibə vəziyyətlərində icra edilir. Yəni paralel olaraq Azərbaycanın hava məkanı da
Ermənistanın mülki təyyarələri üçün açıqdır. Lakin Ermənistanın aviasiya operatorları o ölkə üzərindən uçuş həyata keçirmirlər. Bu, şirkətlərin
daxili qərarları ilə bağlıdır”./ Globalinfo.az