AZ

Bayraktar: Yaxın zamanda Türkiyəyə bütün enerji resursları Zəngəzur dəhlizi üzərindən ötürüləcək

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Kilis, 2 avqust, AZƏRTAC

Yaxın zamanda Türkiyəyə bütün enerji resursları Zəngəzur dəhlizi üzərindən ötürüləcək və logistik yollar birləşdiriləcək.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyə-Suriya qaz boru kəmərinin açılış mərasimində Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar azərbaycanlı jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, hazırda Azərbaycandan Türkiyəyə elektrik enerjisi Gürcüstan ərazisindən keçməklə ötürülür.

Bayraktarın sözlərinə görə, Orta Asiyada yerləşən digər enerji mənbələri və logistik marşrutlar Azərbaycan üzərindən Türkiyəyə, oradan isə Avropaya çatdırılacaq.

Nazir vurğulayıb ki, Azərbaycandakı təbii sərvətlər - neft, qaz, bununla yanaşı, elektrik enerjisinin Türkiyəyə ixracı ilə bağlı bütün layihələr birgə icra olunur. Bu istiqamətdə mühüm irəliləyişlərin olduğunu diqqətə çatdıran Bayraktar deyib: “Bu günədək həyata keçirilən layihələrə misal olaraq Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kəmərləri, eləcə də Naxçıvan-Türkiyə elektrik interkonnektorunu qeyd edə bilərəm”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
19
azertag.az

10Mənbələr