
Avqustun 12-dən 20-dək Ermənistanda “Eagle Partner – 20255” adı altında Ermənistan-ABŞ birgə təlimləri keçiriləcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, təlimlərə Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadasının, ABŞ-nin Avropa və Afrikadakı Quru Qoşunlarının və Kanzas Milli Qvardiyasının hərbçiləri cəlb olunacaq.
Təlim tibbi evakuasiya prosedurlarının yerinə yetirilməsini, həmçinin, sülhməramlı missiyaların icrasını əhatə edir.