AZ

Azərbaycanla tərəfdaşlığın daha da genişləndirilməsini istərdik - Qətər İnkişaf Fondunun rəhbəri

Kilis. Trend:

Azərbaycanla tərəfdaşlığın daha da genişləndirilməsiniistərdik.

Bu sözləri Qətər İnkişaf Fondunun rəhbəri Fəhad Həməd Əl-SulaitiTürkiyə-Suriya təbii qaz boru kəmərinin açılış mərasimiçərçivəsində Trend-ə açıqlamasında deyib.

O bildirib ki, bu gün Azərbaycan və Türkiyə ilə olan butərəfdaşlıqdan çox qürur duyur:

"Bildiyiniz kimi, bu gün – 2 avqust tarixində Suriyaya ilk qaztədarükünə başladıq. Bu, üç ölkənin birgə əməkdaşlığının möhtəşəmbir nəticəsidir.

Ümid edirik ki, bu gün təmin etdiyimiz 800 meqavatt gücü ilə 5milyon abunəçi elektrik alacaq. Suriyada elektrik enerjisisisteminin davamlı şəkildə bərpası üçün bu, çox əhəmiyyətliaddımdır. Gücün 40% artırılması ilə bunun davamlı və səmərəliolacağına inanırıq. Biz Suriyaya dəstəyimizi davam etdirəcəyik.Suriyanın dayanıqlılığı bizim üçün önəmlidir. Bu səbəbdən buölkələr bu uğur üçün çox çalışıblar".

Fond rəhbəri Azərbaycanın bu prosesdəki rolunu olduqca yüksəkqiymətləndirdiyini vurğulayıb:

"Biz Azərbaycanla əməkdaşlıq çərçivəsində işləyirik. Qaztəchizatı məhz Azərbaycandan başlayır və Qətər də bu prosesdəSuriyaya dəstək verir".

"Əsas gözləntimiz bu tərəfdaşlığın Azərbaycanla daha dagenişlənməsidir. Birlikdə daha yeni layihələr üzrə işləməyisəbirsizliklə gözləyirik", - deyə Fəhad Həməd Əl-Sulaiti qeydedib.

Seçilən
29
2
az.trend.az

3Mənbələr