AZ

İmişlidə qəzada 3 nəfər öldü - Fotolar

İmişlidə ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, 1993-cü il təvəllüdlü Vahid Şirəliyevin idarə etdiyi yük avtomobili ilə “VAZ 21099” markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində “VAZ”ın sürücüsü 1964-cü il təvəllüdlü Vidadi Cəfərov və sərnişinləri, Cahar kənd sakinləri Gülbəniz Cəfərova (1964) və Vilayət Abbasova (1956) həlak olub.

Hadisə saat 12 radələrində qeydə alınıb. Faktla bağlı araşdırma aparılır.



Seçilən
24
7
qafqazinfo.az

8Mənbələr