AZ

Trampdan Rusiya ilə bağlı şok açıqlama: Bu qədər əsgəri ölüb

ABŞ prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsində itkilərin sayı ilə bağlı məlumat verib.

Publika.az yerli mediaya istinadla xəbər verir ki, Tramp Rusiyanın 112 min 500 əsgər itirdiyini, təkcə iyul ayında bu sayın 20 min olduğunu bəyan edib.

Amerikalı lider müharibəni absurd və lazımsız adlandırıb: “Bu, Baydenin müharibəsidir, mənim yox. Mən sadəcə bu müharibəni "dayandıra bilərəmmi" deyə buradayam”.

Tramp həmçinin Ukraynanın da 2025-ci ilin əvvəlindən bəri 8 min əsgər itirdiyini və mülki itkilərin davam etdiyini vurğulayıb.

Seçilən
28
publika.az

1Mənbələr