“ABŞ-ın Rusiya sahillərinə yaxın əraziyə ən müasir iki atom sualtı qayığı göndərməsi nüvə gərginliyinin əlamətidir”.
Bunu Moderator.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib. Politoloq qeyd edib ki, istənilən nüvə müharibəsi bəşəriyyətin sonluğu ilə nəticələnəcək:
“Nüvə müharibəsi təhlükəsi ilə zarafat etmək olmaz! Bu, dəhşətli bir şeydir. Bu, bəşəriyyətin sonu deməkdir. Belə bir müharibə yer kürəsində həyatın sonu deməkdir.
Qlobal nüvə mahribəsinin ssenariləri hazırlanıb, yazılıb, təhlil edilib. Bununla bağlı kompüterlərdə mürəkkəb təhlillər aparılıb. Nəticə isə birdir. Nüvə müharibəsi dünyanın sonu deməkdir. Dünyada heç bir şey nüvə müharibəsi ilə oynamağa dəyməz”.
Seymur ƏLİYEV