AZ

Rusiyada yük avtomobili idxalında çöküş – 90 faizlik geriləmə 

2025-ci ilin ilk yarısında Rusiyaya 3560 ədəd təzə yük avtomobili idxal edilib.

Avtosfer.az xəbər verir ki, bu barədə “Avtostat” məlumat yayıb. Bildirilir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 90 fazi azdır.

İdxalda liderlik yenə də Çin modellərinə aiddir. 
Doğrudur, Rusiyanın dövlət qurumları bu məsələni “idxalın əvəzlənməsi” nağılı ilə izah etməyə çalışır. Lakin reallıq budur ki, yerli istehsalçıların da malları satılmır. Ölkənin əsas avtomobil zavodları korporativ məzuniyyətə çıxıb. 

Bu da bir daha göstərir ki, sanksiyalar Rusiyaya getdikcə daha ağır təsir göstərir.

Vüqar Yaşaroğlu

Seçilən
0
1
avtosfer.az

2Mənbələr