AZ

Yol Polisi İdarəsinin səhhətində ciddi problemlər olan sürücülərə müraciəti

Quba rayon sakini Rövkət Yunusovun idarə etdiyi “QAZ-3302” markalı avomobil Xaçmaz şəhəri ərazisində hərəkətdə olarkən qəflətən avtomobil yoldan çıxaraq ayırıcı zolağa çırpılıb. Sürücü hadisə yerində həyatını itirib. İlkin məlumata əsasən sürücünün qəzadan əvvəl ürək tutmasından dünyasını dəyişdiyi ehtimal olunur.

Baş Dövlət Yol Polisi İdarəsi bildirir ki, son vaxtlar havaların isti keçməsi fonunda analoji hadisələrin sayı artır. Bunu nəzərə alaraq, idarə bir daha səhhətində ciddi problemlər olan sürücülərdən sükan arxasına əyləşməməyi xahiş edir.

Eyni zamanda, belə hallarla mübarizədə yaxın ətrafın rolu da vacibdir. Xüsusilə ailə üzvlərindən xahiş olunur ki, səhhətində problem olan doğmalarının sükan arxasına keçməsinin qarşısını alsınlar.

Unutmayaq: Sağlamlığımızın risk altında olduğunu bildiyimiz halda sükan arxasına əyləşmək – qəzanı yolumuza “dəvət” etmək deməkdir! Qəzadan uzaq olaq!

P.ƏMİRCANOV
XQ

Seçilən
26
25
xalqqazeti.az

10Mənbələr