AZ

Ermənistanın Baş Prokurorluğu Müdafiə Nazirliyi ilə kilsəyə qarşı torpaq və əmlak iddiası qaldırıb

Ermənistanın Baş Prokurorluğu məhkəmədə Müdafiə Nazirliyi ilə Erməni Apostol Kilsəsi arasında daşınmaz əmlak və torpaq sahələrinin icarəsi üzrə müqavilələrin etibarsız sayılması barədə iddia qaldırıb.

APA “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, iş Antikorrupsiya Məhkəməsində araşdırılacaq.

Adıçəkilən ölkənin Baş Prokurorluğundan bildirilib ki, 2019-cu ilin 30 avqust tarixində imzalanan müqaviləyə əsasən, dövlətə məxsus olan və Müdafiə Nazirliyinin istifadəsinə verilən 9427,3 kvadratmetrlik sahəyə malik tikililər və 8,9 hektar ərazidəki torpaq sahəsi əvəzsiz olaraq kilsənin balansına keçirilib.

Ermənistanın Baş Prokurorluğu tərəflər arasında imzalanan müqaviləni qanunsuz olması səbəbindən ləğvini tələb edir.

Seçilən
16
4
apa.az

6Mənbələr