AZ

Mask İrlandiya və digər ölkələri Aİ-dən çıxmağa çağırıb

Amerikalı sahibkar İlon Musk İrlandiya və digər Avropa İttifaqı ölkələrini birliyi tərk etməyə çağırıb...

Musavat.com xəbər verir ki, biznesmen bu barədə fikirlərini X sosial şəbəkəsində yazıb.
"Məncə, bütün ölkələr kimi İrlandiya da Avropa İttifaqından çıxmalıdır. Aİ Avropada demokratiyanı məhv edir", - Mask yazıb.

Sahibkar bu barədə İrlandiyanın Aİ-yə sığınan qaçqınları qəbul etmək öhdəliyinə əməl etmək istəməməsi və bu məsələ ilə bağlı Aİ-də şikayətinə məhəl qoyulmamasından bəhs edən xəbərə cavab olaraq bildirib.

İrlandiya ilə yanaşı, bir çox başqa Avropa ölkələri də Aİ-də sığınacaq axtaran miqrantları qəbul etmək istəmir və birliyin qanunvericilik sənədlərinə qarşı çıxırlar.

Poliqon.info

Seçilən
37
poliqon.info

1Mənbələr