AZ

Ukrayna Rusiyanın ən böyük NEZ lərindən birinə hücum etdi

Redaktor.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ukrayna Rusiyadakı Ryazan Neft Emalı Zavodunda (NEZ) zərbə endirib.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələri məlumat yayıb.

“Ukraynanın dövlət sərhədindən 470 km-dən də uzaq məsafədə yerləşən bu müəssisə Rusiyada neft emalının ümumi həcminin 6,1 %-ni (ildə 17 milyon tona qədər) təmin edir və ölkənin dörd ən böyük neft emalı zavodundan biridir. Zərbə nəticəsində zavodun ərazisində irimiqyaslı yanğın baş verib, onun istehsalat gücləri isə ciddi ziyan görüb. Zərbənin nəticələri dəqiqləşdirilir”, - məlumatda deyilir.

Həmçinin vurğulanıb ki, Ukrayna ilə sərhəddən 240 km aralıda yerləşən Voronej vilayətinin Anna kəndindəki “Annanefteprodukt” neft bazası da vurulub. Mövcud məlumatlara görə, bu müəssisə eyni vaxtda 50-yə qədər dəmir yolu çənini qəbul etmək və ildə 160 min tona qədər yüngül neft məhsulları emal etmək gücündədir. Dəymiş ziyanın həcmi barədə məlumatlar dəqiqləşdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
10
redaktor.az

10Mənbələr