AZ

Suriyalı nazir: Azərbaycan və Suriyanın böyük birgə layihələri olacaq

BAKI, 2 avqust. TELEQRAF

Qazın Türkiyə ərazisi ilə Suriyaya çatdırılması prosesində ilkin mərhələdə 4 milyon kubmetr qazın çatdırılması nəzərdə tutulub.

Teleqraf-ın Türkiyənin Kilis şəhərinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu sözləri Azərbaycan qazının Suriyaya nəqli ilə bağlı keçirilən mərasimindən sonra jurnalistlərlə söhbətində Suriyanın energetıka naziri Məhəmməd Əlbəşir bildirib.

Onun sözlərinə görə, bu proses birbaşa Suriya xalqının rifahına və işığın davamlı təminatına xidmət edəcək.

"Bu layihə birincidir, amma sonuncu deyil. Bundan da böyük birgə layihələr olacaq. Azərbaycan və Suriya arasında texniki qrupların qarşılıqlı səfərləri təmin olunacaq", - o əlavə edib.

Seçilən
40
teleqraf.com

1Mənbələr